Avropada Rusiya neftinə görə fikir ayrılığı var – ZELENSKİ NƏDƏN NARAZIDIR?
FOTO, VİDEO

Ukrayna Prezidenti Volodimir Zelenski Litva və Polşanın baş nazirləri ilə birlikdə Avropa İttifaqı ölkələrinin Rusiya neftinə qoyduqları son qimət həddi (65-70 ABŞ dolları) ilə razılaşılmır.

  

Senzor.az yerli KİV-ə istinadən bildirir ki, liderlər bununla bağlı iradlarını Kiyevdə Ukraynanın təşəbbüsü ilə keçirilən “Ukraynadan taxıl” beynəlxalq sammitində bəyan ediblər.

 

Belə ki, Zelenski Kiyevdə səfərdə olan Niderland, Polşa, Belçika, Litva baş nazirləri və Macarıstan Prezidenti ilə birgə jurnalistlər qarşısında çıxışı zamanı Rusiya nefti üçün son qiymət həddinin 30-40 ABŞ dolları olmasının vacibliyini bildirib. 

“Mən istərdim ki, qiymət həddi ilə bağlı sanksiyalar neftin dəyərinə siyasi yox, real təsir etsin. Rusiya bu milyardlardan istifadə etməsin. Biz isə on milyardlardan danışırıq. Bu gün nəzərdə tutulan limit ona dəlalət edir. İstərdik ki, sanksiyalar effektiv olsun və limitlər 30-40 dollar səviyyəsində olsun ki, Rusiya bunu hiss etsin”.

 

Görüşdə iştirak edən Polşann Baş naziri Matueş Moravetski də Zelenskinin fikirlərini dəstəkləyib. O, qeyd edib ki, Aİ ölkələrinə Rusiya nefti üçün maksimum qiymətlər lazımdır ki, dövlətlərin iqtisadiyyatı sürətlə tənəzzülə uğramasın: “Amma bu, Ukraynaya da mənfi təsir göstərəcək. Biz Rusiyanın neftə görə nə qədər pul aldığını başa düşürük. Ona görə də biz G7 ölkələri ilə işləyəcəyik ki, sanksiyalar bütün tərəfdaşlar arasında effektiv və koordinasiyalı olsun. Rusiyanın aktivlərinin, xüsusən də oliqarxların əmlakını müsadirə etmək və onları Ukraynanın bərpasına yönəltmək zəruri addım olardı".






Digər xəbərlər

Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
SenzoR.az – informasiya və araşdırma portalı
Təsisçi və baş redaktor: Rusvat Bayramov
Telefon: 050 322 43 84
Email: [email protected]
Bütün hüquqlar qorunur.
Materiallardan istifadə edərkən www.senzor.az saytına istinad etmək məcburidir.
Reklam yerləşdirmək üçün [email protected] ünvanına müraciət edə bilərsiniz.