Belçika komandasının dünya çempionatında məğlubiyyətindən sonra Brüsseldə iğtişaş baş verib.
Senzor.az bildirir ki, noyabrın 27-də Qətərdə keçirilən Dünya Çempionatında Belçika komandası Mərakeşə 0:2 hesabı ilə uduzub.
Bu, Argentinanın Səudiyyə Ərəbistanına və Almaniyanın Yaponiyaya məğlubiyyətindən sonra cari dünya çempionatında üçüncü sensasiyadır.
Bu məğlubiyyətdən sonra Brüsseldə azarkeşlər avtomobilləri zədələyib, iş yerlərinə ziyan vurublar. İğtişaşların qarşısını almaq üçün paytaxta əlavə qüvvələr cəlb olunub. Şəhər meri sakinləri mərkəzi küçələrə getməməyə çağırıb.