İran teatr işçiləri hicabdan imtina ediblər.
Bu barədə “Azad İran” “Telegram” kanalı məlumat verib.
İranlı teatr xadimləri Həmid Purazəri, Suheyla Qolestani və digərləri “Instagram” hesablarında hicabı çıxartdıqlarını əks etdirən video yayımlayıblar.
Onlar bu videonu “Qadın, həyat, azadlıq” və “Biz hamımız birlikdəyik” həştəqləri ilə paylaşıblar. “Şou bitəcək və həqiqət üzə çıxacaq. Saysız-hesabsız yollar var və yeni gün üçün çoxlu ümidlər var”, - deyə onlar qeyd ediblər.