G7 və Avstraliya Rusiya neftinin qiymət həddi ilə bağlı razılığa gəldilər – MAKSİMUM 60 DOLLAR!

“Böyük Yeddilik” ölkələri (G7) və Avstraliya Rusiya neftinin maksimum qiymət həddi ilə bağlı razılığa gəliblər.

 

Senzor.az xarici KİV-ə istinadən bildirir ki, onların qəbul etdiyi və ABŞ Maliyyə Nazirliyinin yaydığı birgə bəyanatda belə deyilir.

 

Bəyanatda qeyd edilib ki, G7 ölkələri və Avstraliya Rusiyadan dəniz yolu ilə tədarük edilən neftin 1 barelinin maksimum qiymətinin 60 dollar olması ilə bağlı konsensusa gəliblər.

 

Sənəddə o da vurğulanıb ki, bu qərar dekabrın 5-i və ya daha tez qüvvəyə minəcək.

 

**18:56 (02.12.2022)


“Böyük Yeddilik” (G-7) ölkələri Rusiya neftinin qiymətinin bir barel üçün 60 dollar həddində müəyyənləşdirilməsinə dair razılaşmaya yaxındırlar.

 

Bu barədə “Reuters” məlumat yayıb.

 

Qərarın dekabrın 5-dən gec olmayaraq qəbul ediləcəyi bildirilir.

 

ABŞ maliyyə nazirinin müavini Adevale Adeyemo daha əvvəl bildirmişdi ki, Avropa İttifaqı Polşanın etirazlarına baxmayaraq, Rusiya nefti üçün yekun qiymət limiti ilə bağlı razılığa gələ biləcək.

 

Eyni zamanda Rusiya Baş nazirinin müavini Aleksandr Novak xəbərdarlıq edərək vurğulayıb ki, Rusiya neftinə qiymət tavanı qoymaq müqavilələr baxımından qəbuledilməzdir: “Hətta sərfəli satış qiyməti təklif olunsa belə, Rusiya məhdudiyyətlərdə iştirak edən ölkələrə neft tədarük etməyəcək”.






Digər xəbərlər

Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
SenzoR.az – informasiya və araşdırma portalı
Təsisçi və baş redaktor: Rusvat Bayramov
Telefon: 050 322 43 84
Email: [email protected]
Bütün hüquqlar qorunur.
Materiallardan istifadə edərkən www.senzor.az saytına istinad etmək məcburidir.
Reklam yerləşdirmək üçün [email protected] ünvanına müraciət edə bilərsiniz.