Allahşükür Paşazadəyə fəxri professor adı verildi - QAZAXISTANDA
Qazaxıstan Respublikasında səfərdə olan Qafqaz Müsəlmanları İdarəsinin sədri Şeyxülislam Allahşükür Paşazadə Nur-Sultan şəhərində Lev Qumilyov adına Avrasiya Milli Universitetində tələbə-müəllim heyəti ilə görüşüb.
 
Senzor.az
yerli KİV-ə istinadən bildirir ki, iversitetin muzeyi ilə tanış olan Şeyxülislam A.Paşazadə xatirə kitabına ürək sözlərini yazıb.
 
Avrasiya Milli Universitetinin rektoru, tarix elmləri doktoru, akademik, Qazaxıstan Milli Elmlər Akademiyasının vitse-prezidenti Yerlan Sıdıkov görüşdə Qafqaz Müsəlmanları İdarəsi sədrinin 40 ildən çox dövrü əhatə edən fəaliyyəti, dərin təcrübəsi, dünya səviyyəsində qazandığı hörmət və nüfuzu barədə məlumat verib.
 
Allahşükür Paşazadə universitetin professor-müəllim heyəti və tələbələri, eləcə də Qazaxıstan ictimaiyyətinin nümayəndələri qarşısında ölkəmizin şanlı Zəfərlə nəticələnən Qarabağın azadlığı uğrunda apardığı mübarizəyə, eləcə də Azərbaycan-Qazaxıstan əlaqələrinə həsr olunmuş mühazirə ilə çıxış edib.
 
 
Allahşükür Paşazadə sualları da cavablandırıb, Ermənistanın işğal dövründə şəhər və rayonlarımızı, kəndlərimizi, xalqımıza məxsus tarixi-mədəni abidələrimizi, məscidlərimizi vəhşicəsinə dağıtdığını, hazırda Azərbaycanın azad edilmiş ərazilərində bərpa-quruculuq işlərinin həyata keçirildiyini diqqətə çatdırıb. Qeyd edib ki, Qazaxıstan nümayəndə heyəti Azərbaycana səfəri zamanı Şuşa və Füzuli rayonlarında olub, Ermənistan tərəfindən törədilən vandalizmi öz gözləri ilə görüb.
 
Tədbirdə çıxış edən rektor Yerlan Sıdıkov Avrasiya Milli Universitetinin Elmi Şurasının qərarı ilə Şeyxülislam A.Paşazadənin bu nüfuzlu elm ocağının Fəxri professoru adına layiq görüldüyünü bildirib və ona diplomu təqdim edib.





Digər xəbərlər

Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
SenzoR.az – informasiya və araşdırma portalı
Təsisçi və baş redaktor: Rusvat Bayramov
Telefon: 050 322 43 84
Email: [email protected]
Bütün hüquqlar qorunur.
Materiallardan istifadə edərkən www.senzor.az saytına istinad etmək məcburidir.
Reklam yerləşdirmək üçün [email protected] ünvanına müraciət edə bilərsiniz.