İndoneziyada cüclü daşqınlar: ÖLƏNLƏRİN SAYI 435-ə ÇATIB
VİDEO

İndoneziyanın Sumatra adasında güclü daşqın və torpaq sürüşməsi nəticəsində ölənlərin sayı 435-ə çatıb.

 

Bu barədə "Reuters" rəsmi məlumatlara istinadən məlumat yayıb.

 

Bir çox ərazilərdə yollar dağılıb, telekommunikasiya infrastrukturu zədələnib. Xilasetmə və humanitar yardım qrupları quru yolu ilə əlçatmaz ərazilərə yardım çatdırmaq üçün helikopterlərdən istifadə edib.

 

Bundan əvvəl ölənlərin sayının 303 olduğu bildirilmişdi.

 

İndoneziya Milli Axtarış və Xilasetmə Agentliyi bildirib ki, fəlakətə ötən həftənin sonundan bölgədə davam edən güclü yağışlar səbəb olub. Sellər yaşayış binalarına, yollara və infrastruktura ziyan vurub, xilasedicilərin ən çox zərər çəkmiş ərazilərə çıxışına mane olub.






Digər xəbərlər

Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
SenzoR.az – informasiya və araşdırma portalı
Təsisçi və baş redaktor: Rusvat Bayramov
Telefon: 050 322 43 84
Email: [email protected]
Bütün hüquqlar qorunur.
Materiallardan istifadə edərkən www.senzor.az saytına istinad etmək məcburidir.
Reklam yerləşdirmək üçün [email protected] ünvanına müraciət edə bilərsiniz.