Dünyanın bir sıra ölkələrində İnstaqram sosial şəbəkəsinin işində nasazlıq yaranıb.
Bu barədə məşhur internet resurslarının fəaliyyətini izləyən “Downdetector” xidməti məlumat yayıb.
Sosial şəbəkənin işindəki nasazlıq Bakı vaxtı ilə saat 22:27-də qeydə alınıb. Problemlər ilk növbədə ABŞ, Almaniya, Böyük Britaniya və Niderlandda, həmçinin Kanada, İtaliya, İrlandiya, İspaniya, Fransa, Rusiya və digər ölkələrdən olan istifadəçilər tərəfindən bildirilib.
İstifadəçilərin 65 %-i sosial platformadakı problemlərdən, 21 %-i veb-saytın işləməməsindən şikayətlənirlər. İnstaqram istifadəçilərinin 13 %-i isə qeydiyyatdakı çətinliklərdən narazılıq edir.