
“Report” xəbər verir ki, bu barədə məlumatı yerli “Mtavari arxi” telekanalı yayıb.
Bildirilib ki, o, bir neçə ildir Batumidə yaşayır və kazinoların birində menecer işləyir. Z.Budaqovun həmin binadakı mənzilində aparılan təmir-bərpa işlərində təhlükəsizlik qaydalarının kobud pozulduğu qeyd olunub. Onun mənzil və zirzəminin birləşdirilməsi xahişi ilə oktyabrın 4-də Dövlət Reyestrinə müraciət etdiyi məlum olub.
Azərbaycan vətəndaşının vəkili deyib ki, müdafiə etdiyi şəxs istintaq çərçivəsində artıq ifadə verib.
Xatırladaq ki, Batumidə yaşayış binasının bir bloku ötən gün saat 12:00 radələrində çöküb. Nəticədə 3-ü uşaq olmaqla 9 nəfər ölüb. Faciə ilə bağlı olaraq oktyabrın 11-i Gürcüstanda matəm günü elan edilib.