ABŞ Dövlət Departamentinin rəsmi nümayəndəsi Ned Prays İran və Azərbaycan arasında gərginliyə münasibət bildirib.
Senzor.az-ın məlumatına görə, o, İranı regionda sabitliyi bir çox cəhətdən pozan qüvvə adlandırıb.
ABŞ-ın İranın regional fəaliyyəti ilə bağlı mövqeyinin dəyişməz qaldığını deyən Prays əlavə edib: "Biz bu məsələdə çox açıq şəkildə mövqeyimizi bildirmişik və bu mövqedə qalırıq. İran regionda bir çox cəhətdən sabitliyi pozan subyektdir".