“Moskva Rusiya, Azərbaycan və Ermənistan liderlərinin 9 noyabr (10 noyabr-red.) 2020-ci il, habelə 11 yanvar 2021-ci il üçtərəfli razılaşmalarının bütün müddəalarının sözsüz yerinə yetirilməsinin tərəfdarıdır”.
Senzor.az yerli KİV-ə istinadən bildirir ki, bunu Rusiya Xarici İşlər Nazirliyinin (XİN) rəsmi nümayəndəsi Mariya Zaxarova brifinqdə deyib.
“Hesab edirik ki, bununla Bakı və İrəvan arasında qarşılıqlı münasibətlərin, o cümlədən ikitərəfli mürəkkəb məsələlərin normallaşması üçün lazımi şərait yaranacaq”, - Zaxarova əlavə edib.