
"Lazım olarsa, Azərbaycan meşə yanğınlarının söndürülməsində İsrailə təcili yardım göstərməyə hazırdır".
Senzor.az bildirir ki, Azərbaycan Xarici İşlər Nazirliyinin “Twitter” səhifəsində yerləşdirilən məlumatda belə deyilir.
“İsraildə baş verən dağıdıcı meşə yanğınlarını diqqət və həyəcanla izləyirik. Lazım olarsa, Azərbaycan meşə yanğınlarının söndürülməsində İsrailə təcili yardım göstərməyə hazırdır”, - deyə paylaşımda vurğulanır.