“Keçmiş prezidentin əfvi ilə bağlı mövqeyim dəyişməz və qəti olaraq qalır – xeyr və heç vaxt!”.
Senzor.az yerli KİV-ə istinadən bildirir k, bunu Gürcüstan Prezidenti Salome Zurabişvili keçirdiyi xüsusi brifinqdə deyib.
Onun sözlərinə görə, sabiq dövlət başçısı Gürcüstana qanunsuz gəlib və məqsədi ölkədə qeyri-sabitlik yaratmaq olub: “Mən bu məsələyə bir daha qayıtmayacağam”.
S.Zurabişvili onu da vurğulayıb ki, Saakaşvilinin bu gəlişi yüksək ictimai, siyasi maraq doğurmasına baxmayaraq, onu siyasi məhbus hesab etmək olmaz: “Amma onu xüsusi məhbus hesab etmək olar. Odur ki, hökumətdən xüsusi diqqət tələb olunur. Hökumət də bununla bağlı lazımi tədbirlər görür”.
Xatırladaq ki, Mixail Saakaşvili oktyabrın 1-də Tbilisidə saxlanılıb. O, iki cinayət işi üzrə ittiham olunur və barəsində qiyabi məhkəmə hökmü var. Həmin hökmə görə, 6 il məhkumluq həyatı yaşamalıdır.
Rustavidə 12 saylı həbsxanada saxlanan siyasətçi artıq 34-cü gündür aclıq aksiyası keçirir.