Ərdoğan pandemiya, 44 günlük müharibə və Qafqazda sülh haqda -
BAKIDAKI FORUMA MÜRACİƏT
Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin təşkilatçılığı ilə keçirilən VIII Qlobal Bakı Forumunun iştirakçılarına müraciət ünvanlayıb. 
 
Senzor.az bildirir ki, müraciəti Türkiyənin sabiq baş naziri Binəli Yıldırım səsləndirib. 
 
Türkiyə lideri qeyd edib ki, bu forum il yarım ərzində insanların həyatını zəhərləmiş pandemiyanın fəsadları ilə mübarizədə vacib addımdır: “Hər birimiz pandemiyanın mümkün qədər tez başa çatmasını arzu edirik. Bu baxımdan, hazırkı forum xüsusi əhəmiyyət kəsb edir”.
 
“Təəssüf ki, xüsusilə də ÜST heç də bütün məqsədlərə çata bilməyib. Bəzi ölkələr pandemiya ilə mübarizə aparmaqla məşğul olduqları bir zamanda Azərbaycan kimi ölkələr digər ölkələrə yardım əlini uzadır. Əlbəttə ki, bütün ölkələrin pandemiya ilə mübarizədə bərabər imkanlara malik olmasını istərdik, lakin bir sıra ölkələr bu baxımdan geri qalır”, - müraciətdə vurğulanıb. 
 
Türkiyə Prezidenti pandemiyanın ölkələrin iqtisadiyyatına güclü təsir göstərdiyini də qeyd edib.
 
Türkiyə Prezidenti öz müraciətində Ermənistanın, təxminən, 30 il ərzində Azərbaycan torpaqlarının 20%-ni işğal altında saxladığını, nəticədə yüz minlərlə insanın ev-eşiyindən məhrum olduğunu, xeyli insanın itkin düşdüyünü xatırladıb: “Azərbaycan öz torpaqlarını geri qaytardı və bununla da, 30 illik ədalətsizliyə son qoyuldu”, - R.T.Ərdoğan bildirib.
 
O, Türkiyənin uzun illər heç bir münasibət saxlamadığı Ermənistan ilə münasibətləri inkişaf etdirmək təşəbbüsü ilə çıxış etdiyini vurğulayaraq, gələcəyə baxmağın vacibliyini deyib: “Əsas vəzifələrimizdən biri regiondakı bütün ölkələr arasında dost münasibətlərinin qurulmasıdır. Biz Qafqazda sülhün bərqərar olmasına xüsusi töhfə veririk”.





Digər xəbərlər

Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
SenzoR.az – informasiya və araşdırma portalı
Təsisçi və baş redaktor: Rusvat Bayramov
Telefon: 050 322 43 84
Email: [email protected]
Bütün hüquqlar qorunur.
Materiallardan istifadə edərkən www.senzor.az saytına istinad etmək məcburidir.
Reklam yerləşdirmək üçün [email protected] ünvanına müraciət edə bilərsiniz.