Ukrayna Prezidenti Vladimir Zelenski Krımla bağlı arzusunu dilə gətirib.
Senzor.az bildirir ki, o, Krımın Ukraynanın tərkibinə qayıtdıqdan sonra görəcəyi ilk işin nə olacağını açıqlayıb.
“Mənim orada çoxlu sevimli məkanlarım var. Qara dəniz sahillərinə getmək istəyirəm. Çox istəyirəm. Krımda 1 qədəh “Novıy Svet” şampanı içmək istəyirəm”, - deyə Zelenski bildirib.
Qeyd edək ki, bir müddət öncə Vladimir Zelenski Krımın rəsmi Kiyevin nəzarətinə qayıtması üçün Ukraynanın hər şeyi etdiyini bildirmişdi.