
“Report”un məlumatına görə, bu posta Fərid Kamil oğlu Səfərov gətirilib.
O, bu təyinatadək Ukrayna İnfrastruktur Nazirliyində Departament direktoru işləyib.
Qeyd edək ki, F.Səfərov əslən Azərbaycanın Gəncə şəhərindəndir.
O, 1991-ci il sentyabrın 20-də Kiyevdə anadan olub. 2014-cü ildə Taras Şevçenko adına Kiyev Milli Universitetində “Beynəlxalq hüquq” ixtisası üzrə magistratura təhsili alıb. 2015-ci ildə Vadim Hetman adına Kiyev Milli İqtisad Universitetində “Beynəlxalq biznes” ixtisasına yiyələnib.