Ermənistanda koronavirus pandemiyası ilə bağlı karantin rejimi daha altı ay, 2022-ci il iyunun 20-dək uzadılıb.
Senzor.az yerli KİV-ə istinadən bildirir ki, bu barədə qərar hökumətin iclasında qəbul olunub. Karantin ölkəyə giriş və çıxış, həmçinin özünütəcridlə bağlı xüsusi rejimi nəzərdə tutur.
Son günlər Ermənistanda xəstəliyin artımı müşahidə olunur. COVID-19 virusuna gündə orta hesabla 2 min nəfər yoluxur, 35-75 nəfər ölür. Xəstəxanalarda praktiki olaraq boş yer yoxdur, yüzlərlə xəstə xəstəxanaya yerləşdiriləcəyini gözləyir.
Ölkədə vaksinasiya səviyyəsi də çox aşağıdır. İndiyədək yalnız 700 min nəfərin peyvənd olunduğu bildirilir. Baş nazir Nikol Paşinyanın sözlərinə görə, Ermənistanda koronavirus səbəbindən epidemioloji vəziyyət son dərəcə gərgindir, lakin hakimiyyət lokdaun elan etmək niyyətində deyil.