Ukraynalı polkovnik Türkiyə PUA-larının texnoloji sirlərini Rusiyaya satıb? –
ŞOK İDDİA
Türkiyədən alınan pilotsuz uçan aparatların (PUA) Ukraynada yerləşdirildiyi bazanın komandirinin onların texnoloji sirlərini ruslara satdığı iddia edilir.
 
Teleqraf.com xəbər verir ki, Ukrayna Əks Kəşfiyyat İdarəsi tərəfindən aparılan araşdırmada Türkiyədən satın alınan PUA-larla bağlı casusluq fəaliyyəti ifşa edilib. Belə ki, Ukrayna Hərbi Dəniz Qüvvələrinin 10-cu Dəniz Aviasiya Briqadası komandiri, polkovnik İlya Oleynkinin Rusiya tərəfinə casusluq etdiyi və əsas fəaliyyətini türk PUA-larının texnologiyasının öyrənilməsinə yönəltdiyi üzə çıxıb.
 
Gizli fəaliyyəti ifşa edilən ukraynalı polkovnik dərhal saxlanılıb. Bundan sonra məlum olub ki, o, Rusiya ordusu və Donbasdakı separatçılarla intensiv təmaslarda olub.
 
Oleynikinin dindirilməsinin davam etdiyi, onun “Bayraktar TB2” dronları ilə bağlı kritik məlumatlar əldə edə bilmədiyi deyilir. Bununla belə, onun Ukrayna Hərbi Dəniz Qüvvələrinin bir çox əməliyyat planları və müdafiə xətləri haqda Rusiya Kəşfiyyat Xidmətinə məlumat ötürdüyü bildirilir.





Digər xəbərlər

Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
SenzoR.az – informasiya və araşdırma portalı
Təsisçi və baş redaktor: Rusvat Bayramov
Telefon: 050 322 43 84
Email: [email protected]
Bütün hüquqlar qorunur.
Materiallardan istifadə edərkən www.senzor.az saytına istinad etmək məcburidir.
Reklam yerləşdirmək üçün [email protected] ünvanına müraciət edə bilərsiniz.