Şuşa yaxınlığında əl qumbarası ilə təxribat törədərək üç azərbaycanlı hərbçinin yaralanmasına səbəb olan 1975-ci il təvəllüdlü
terrorçu Norayr Mirzoyan Ermənistana təhvil verilib.
Senzor.az bildirir ki, bu barədə erməni KİV-i yazıb.
N.Mirzoyanı qarşı tərəfə rusiyalı sülhməramlılar təhvil verib.
Bildirilir ki, hazırda o, “dqr”in “istintaq komitəsi”ndədir və hadisə ilə bağlı cinayət işi açılıb.
Həmçinin qeyd olunur ki, cinayətkar-1975-ci il təvəllüdlü Norayr Mirzoyan, iddia olunduğu kumu, Azərbaycan hərbçilərinin öldürüdüyü fəhlə Martik Yeremyanın qardaşı deyil.
**16:28
Şuşa yaxınlığında əl qumbarası ilə təxribat törədərək üç azərbaycanlı hərbçinin yaralanmasına səbəb olan 1975-ci il təvəllüdlü terrorçu Norayr Mirzoyan Ermənistana təhvil veriləcək.
Senzor.az bildirir ki, erməni mediasının məlumatında belə deyilir.
Bildirilir ki, Mirzoyan hazırda Rusiya sülhməramlı kontingentinin mərkəzi qərargahındadır və bir neçə saat sonra o, qarşı tərəfə təhvil veriləcək.
Xatırladaq ki, Baş Prokurorluq və Daxili İşlər Nazirliyi Şuşa şəhəri yaxınlığında erməni terrorçunun Azərbaycan və Rusiya sülhməramlılarının olduğu posta qumbara atması ilə bağlı birgə açıqlama yayıb. Açıqlamada deyilir ki, Norayr Mirozyana qarşı Cinayət Məcəlləsinin 29, 120.2.1 (bir qrup şəxs, qabaqcadan əlbir olan bir qrup şəxs, mütəşəkkil dəstə və ya cinayətkar birlik (təşkilat) tərəfindən adam öldürməyə cəhd), 29, 120.2.3, (zərərçəkmiş şəxsin xidməti vəzifəsini və ya ictimai borcunu yerinə yetirməsi ilə əlaqədar onun özünü və ya yaxın qohumlarını öldürməyə cəhd), 29, 120.2.4 (xüsusi amansızlıqla və ya ümumi təhlükəli üsulla adam öldürməyə cəhd), 214.2.3 (terrorçuluq-odlu silahdan və silah qismində istifadə olunan predmetlərdən istifadə etməklə törədildikdə), 228.3 (qanunsuz olaraq odlu silah, partlayıcı maddə əldə etmə, başqasına vermə, satma, saxlama, daşıma və gəzdirmə mütəşəkkil dəstə tərəfindən törədildikdə) və digər maddələri ilə cinayət işi başladılıb.