Ermənistanın yeni müdafiə naziri komandirini bıçaqlayıbmış -
ÖZÜ DƏ TƏSDİQLƏYİR...
Bu gün Ermənistan prezidenti Aram Sarkisyanın fərmanı ilə müdafiə naziri postuna təyin olunmuş 35 yaşlı Suren Papikyanın şəxsi həyatı ilə bağlı maraqlı detallar açıqlanır. Hələ ötən il onun barəsində erməni cəmiyyətinə məlum olmayan faktlar təqdim edən “Hraparak” qəzeti Papikyanın əvvəllər həsdə yatdığını gizlətdiyini yazıb.
 
Erməni mediası xəbər verir ki, 2003-2010-cu illərdə İrəvan dövlət universitetində təhsil alanda ordu sıralarında xidmətə çağırılan Suren Papikyan xidmət zamanı törətdiyi cinayətə görə həbs cəzası alıb. Öz komandirini bıçaqlayan Papikyana qarşı cinayət işi açılıb və 2006-cı ilin martında o, 2 il 3 ay müddətinə azadlıqdan məhrum edilib.
 
Cəzasını “Nubaraşen” koloniyasında çəkən Suren Papikyan 2007-ci ilin fevralında amnistiya aktı əsasında azadlığa buraxılıb.
 
Yalnız “Hraparak” qəzetinin ifşaedici materiallarından sonra hərbi xidmət vaxtı soyuq silah işlətdiyini, insidentin baş verdiyini və həbsdə yatdığını etiraf edən Papikyan sonradan amnistiya nəticəsində buraxıldığını və baş verənlərə görə peşman olduğunu bildirib.
 
Ermənistan Silahlı Qüvvələri Baş Qərargahının keçmiş rəisi Movses Akopyan isə Suren Papikyanın təyinatına müsbət münasibət bildirib: “Düzünü desəm, onu bu hakimiyyətdə yeganə adekvat insan kimi görürəm. Müdafiə Nazirliyi hərbi struktur deyil, təşkilati strukturdur və mən bu hökumətdə yeganə adamı görürəm ki, bu 3 il ərzində özünü adekvat insan kimi göstərib”.





Digər xəbərlər

Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
SenzoR.az – informasiya və araşdırma portalı
Təsisçi və baş redaktor: Rusvat Bayramov
Telefon: 050 322 43 84
Email: [email protected]
Bütün hüquqlar qorunur.
Materiallardan istifadə edərkən www.senzor.az saytına istinad etmək məcburidir.
Reklam yerləşdirmək üçün [email protected] ünvanına müraciət edə bilərsiniz.