Bu ilin yanvar-sentyabr aylarında Almaniyadan sığınacaq istəyən Azərbaycan Respublikası vətəndaşlarının sayı məlum olub.
Almaniyanın Miqrasiya və Qaçqınlarla iş üzrə Federal İdarəsindən (BAMF) “Report”a bildirilib ki, bu ilin 9 ayı ərzində Azərbaycan vətəndaşları tərəfindən 407 sığınacaq ərizəsi qeydə alınıb. Onlardan 174 nəfər ilk dəfə, 233 nəfər isə ikinci dəfə sığınacaq üçün müraciət edənlər olub.
Həmin dövrdə 687 icraat üzrə qərar qəbul edilib, ümumi müdafiə səviyyəsi 7,4% təşkil edib. 259 ərizəçinin müraciəti rədd edilib və həmin şəxslər Almaniyanı könüllü tərk etmələri barədə xəbərdarlıq alıblar.
BAMF-dan bildirilib ki, bu ilin sentyabr ayında qaçqın statusu üçün federal idarəyə ümumilikdə 13849 əcnəbi müraciət edib.