
Senzor.az bildirir ki, bunu səhiyyə nazirinin birinci müavini, nazir vəzifəsini müvəqqəti icra edən Teymur Musayev deyib.
Onun sözlərinə görə, ölkədə vəziyyət nəzarət altındadır: “Hazırda heç bir əlavə tədbirlər düşünülmür”.
T.Musayev onu da qeyd edib ki, Azərbaycanda koronavirus əleyhinə vaksinasiya prosesində ilk iştirak edən şəxslərdəndir: “Bu il yanvarın 18-də vaksinasiya başlayanda elə həmin gün ilk dozanı qəbul etmişəm”.
O bildirib ki, təyin olunan vaxtlarda ardıcıl olaraq üç doza vaksin vurdurub: “Hər üç doza vaksin Çin istehsalı olan “Sinovac” olub”.