Bu gün Azərbaycan-Ermənistan sərhədində yaşananlardan sonra İrəvanda insanlar küçələrə axışıb.
Senzor.az yerli KİV-ə istinadən bildirir ki, İrəvanın Respublika meydanına toplaşan kütlə baş nazir Nikol Paşinyanın istefasını tələb edir və Rusiya əleyhinə şüarlar səsləndirilir.
"Newspress.am"ın təsisçisi Ariana Hovsepyan "Facebook" hesabında açdığı canlı yayımda insanların sayının getdikcə artdığını, lakin “bu rəqəmin xain hökuməti devirmək üçün hələ də çox kiçik olduğunu” bildirib.
O, özünü erməni hesab edən, ölkənin və övladlarının gələcəyindən narahat olan hər kəsi onlara qoşulmağa çağırıb. “Meydana çıxın, buradan getməyəcəyik” deyə çağırış edib.
Əraziyə xeyli sayda polis qüvvələri cəlb edilib. Polislərlə etirazçılar arasında qarşıdurma yaranıb. Etirazçılar arasında saxlananların olduğu bildirilir.