Baydenə qarşı impiçment tələbi RESPUBLİKAÇI KONQRESMEN NƏDƏN NARAZIDIR?


Respublikaçı konqresmen Macori Teylor Qrin Baydenin impiçmenti ilə bağlı qərar layihəsini ABŞ Konqresinə təqdim edib.

Nümatəndələr Palatasının Respublikaçılar Partiyasından üzvü olan Qrin Prezident Baydenə qarşı eyni anda üç impiçment tələbi ilə çıxış edib.
 
Onun sözlərinə görə, Konqresə təqdim etdiyi qətnamə layihələrindən biri Baydenin on min amerikalını Əfqanıstanda “Taliban”ın hakimiyyəti altında buraxması ilə bağlıdır və bu səbəbdən onun hakimiyyətdən uzaqlaşdırılması vacibdir. Bundan əlavə, Qrin hesab edir ki, Prezident cənub sərhədində immiqrasiya qanunlarını pozaraq, böhrana yol verib və kirayəçilərin evlərindən çıxarılmasına qoyulan moratoriumu uzatmaqla Ali Məhkəmənin mövqeyinə zidd olaraq qanunverici səlahiyyətləri mənimsəyib.
 
"Jo Baydenin prezident olduğu yeddi ayda Amerika bütün dünyada nüfuzdan düşüb. Sübutlar göz qabağındadır və onun hərəkətləri o dərəcədə rüsvayçıdır ki, impiçment vacibdir", - Qrin deyib.
 
Lakin onun təşəbbüsünün uğur qazanma şansı azdır, çünki Konqresin hər iki palatasını Baydenin Demokrat Partiyasındakı tərəfdaşları idarə edir.
 
Azvision.az xatırladır ki, Qrin öz konspiroloji nəzəriyyələri ilə ictimaiyyəti dəfələrlə çox şoka salan, koronavirusun təhlükəsini, ona qarşı sanitar qaydaları şübhə altına alan siyasətçidir. Bu səbəbdən “Twitter” onu bir neçə dəfə bloklayıb. O, bir dəfə maska rejimini Holokost dəhşətləri ilə müqayisə edib, amma sonradan sözlərini geri götürərək, üzr istəyib.





Digər xəbərlər

Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
SenzoR.az – informasiya və araşdırma portalı
Təsisçi və baş redaktor: Rusvat Bayramov
Telefon: 050 322 43 84
Email: [email protected]
Bütün hüquqlar qorunur.
Materiallardan istifadə edərkən www.senzor.az saytına istinad etmək məcburidir.
Reklam yerləşdirmək üçün [email protected] ünvanına müraciət edə bilərsiniz.