
Məlumatı “RİA Novosti” yayıb.
Etirazçılar yeni sistemin tətbiqini “diskriminasiya və peyvəndə məcbur etmə” hesab etdiklərini bildiriblər. Onlar hakimiyyətin koronavirus pasportlarını ləğv etməsinədək etirazları davam etdirəcəklərini bəyan ediblər.
Qeyd edək ki, Gürcüstanda “yaşıl pasportlar”ın tətbiqinə dekabrın 1-dən başlanılıb. İndi ictimai yerlərə, restoranlara, əyləncə və ticarət mərkəzlərinə yalnız QR kodla daxil olmaq mümkündür.