Ermənistanın baş naziri Nikol Paşinyanın ailəsi növbəti dəfə mətbuatın hədəfinə tuş gəlib.
Az qala bütün saytlar erməni diasporunun Paşinyanın qızı Mariamı aşağıladığını yazıblar. Bununla bağlı təqdim edilən videoda Paşinyanın qızının açıq havada kafedə oturduğu görüntülənib. Hələlik adı açıqlanmayan diaspor təşkilatlarından birinin nümayəndəsi isə ona yaxınlaşaraq “atan 5 min adam öldürdü” deyir. O, Paşinyanı İudaya da bənzədib.
Azvision.az xatırladır ki, İuda xristianlar üçün lənətlə xatırlanan addır. Belə ki, İsa peyğəmbərin 12 həvarisindən biri olan İuda satqınlıq edib və İsa peyğəmbər onun əməlləri nəticəsində romalılar tərəfindən həbs edilib.