"Sabah, yəni 10 dekabr 2021-ci ildə Moskvada Rusiya, Azərbaycan, Türkiyə, İran və Ermənistan XİN başçılarının müavinləri səviyyəsində görüşün keçriləcəyi ilə bağlı Türkiyə XİN məlumat paylaşıb. Həmin məlumatda qeyd edilir ki, “Prezident Rəcəb Tayyib Ərdoğan və Azərbaycan Prezidenti İlham Əliyevin təklif etdiyi Cənubi Qafqazda daimi sülh və sabitliyin yaradılmasına xidmət edən "3+3" formatındakı regional əməkdaşlıq platformasının ilk iclası dekabrın 10-da Moskvada keçiriləcək”. Verilən məlumatdan da aydın olur ki, keçriləcək görüşdə Gürcüstan tərəfi iştirak etmək niyyətində deyil".
Senzor.az bildirir ki, bunları KİV-ə açıqlamasında siyasi ekspert Samir Hümbətov deyib.
Ekspertin sözlərinə görə, bir neçə gün öncə Gürcüstan XİN başçısı David Zalkaliani Türkiyə Prezidentinin təklif etdiyi "3+3 formatı"nda iştirak etmələrinin mümkün olmadığını və onların buna alternativ təkliflərinin olduğunu bildirib: "Gürcüstan XİN başçısı David Zalkaliani Rusiyanın Gürcüstan ərazisini işğal etməsini nəzərdə tutaraq bildirmişdir ki, “Ərazilərimizi işğalda saxlayan ölkənin olduğu geosiyasi layihədə iştirak edə bilmərik. Bu mövqeyimi türkiyəli, azərbaycanlı və erməni həmkarlamrımla görüşlərdə açıq şəkildə ifadə etmişəm”. Gürcüstan XİN başçısının sözlərindən və yayılan son məlumatdan da belə aydın olur ki, Gücüstan Rusiya tərəfindən işğal və ilhaq edilmiş Abxaziya və Cənubi Osetiya ərazilərinin işğalda qaldığı müddətdə onunla hər hansı qurumda təmsil olunmaq niyyətində görünmür.
Digər tərəfdən isə 18 oktyabrda ABŞ müdafiə naziri Lloyd Austin Gürcüstanda səfərdə olarkən açıq şəkildə bildirmişdi: “Yaxşı olardı ki, Rusiya hər hansı yeni platforma haqqında danışmazdan əvvəl 2008-ci il atəşkəs razılaşmasının öhdəliklərinə riayət etsin”. Bu açıqlama əslində Gürcüstan və Rusiyanın bir platformadan təmsil olunmasına ABŞ-ın hansı münasibətdə olmasının göstəricisi kimi də qəbul edilə bilər. Nəhayət, altılıq platformasının reallaşması hansısa formada mümkün ola bilər, amma bunun nə qədər müdətdə və hansı formatda reallaşmasının özü belə hələki sual altında qalmış olur".
Samir Hümbətovun fikrincə, görünın odur ki, regionun bəzi dövlətləri, xüsusilə də Rusiya və İran hər il sanksiyalardan dəyən milyardlarla dollar ziyanı və çökmüş iqtisadiyyatlarını dirçəltmək üçün istənilən formatlı platformanın qurulmasını məqbul hesab edirlər: "Eyni zamanda Rusiya və İranın, Qərbin regionda mövcudluğunu görmək niyyətində olmadıqları üçün, region dövlətləri ilə dil tapmağa çalışdıqları hiss edilməkdədir".