ABŞ Kabil Beynəlxalq Hava Limanına qəbul siyasətini dəyişib. Artıq hava limanı ərazisinə yalnız ABŞ və NATO ölkələrinin vətəndaşları, eləcə də “Green Card” (yaşıl kart) sahibləri buraxılacaq.
Azvision.az xəbər verir ki, amerikalılar və NATO ölkələrinin sakinləri yaxın qohumlarını da özləri ilə götürə biləcəklər. ABŞ-a xüsusi immiqrant vizası üçün müraciət edən əfqanlar bu kateqoriyalara daxil deyil.
CNN-in həmsöhbətinə görə, “Taliban” radikal hərəkatının üzvləri hava limanına çatmaq istəyənlərin sənədlərini yoxlamaqla Amerika ordusuna kömək edirlər.