Pakistandakı “Taliban hərəkatı” (“Təhrik-i-Taliban Pakistan”) rəsmi İslamabad ilə atəşkəs razılaşmasının müddətini uzatmaqdan imtina edib.
“Report” xəbər verir ki, “Taliban” hökuməti 6 maddəlik razılaşmanı pozmaqda və hərəkatın silahlılarına qarşı hərbi əməliyyatları davam etdirməkdə ittiham edib.
“Belə bir şəraitdə razılaşmanı uzatmaq mümkün deyil”, - “Taliban” bildirib.
Hərəkatın lideri Nur Vəli Məhsud Pakistanın hökumət qoşunlarına qarşı silahlı fəaliyyəti bərpa etmək haqqında əmr verib.
Məlumata görə, bu il noyabrın 8-də rəsmi İslamabadla hərəkat arasında biraylıq atəşkəs haqqında razılıq əldə olunmuşdu.