Belarus Prezidenti Aleksandr Lukaşenko Polşanı sərhəd pozuculuğunda günahlandırıb.
“Report” xəbər verir ki, dövlət başçısı Polşanın sərhəd ərazilərində münaqişə yaratdığını bəyan edib.
A.Lukaşenko Almaniyaya getmək üçün Belarusdan Polşaya keçməyə çalışan Əfqanıstan qaçqınlarının Polşa sərhədçiləri tərəfindən silah təzyiqi ilə geri qaytarıldığını və qaçqınların Polşa-Belarus sərhədində 2-3 sutkadır açıq havada ac və susuz qalmağa məcbur olduqlarını bildirib.
“Sərhəddə gecələr cəmi 7-8 dərəcə istilik olur. Bu gün mən düşünməliyəm ki, onlarla nə edim”, - Belarus Prezidenti əlavə edib.
O, Belarusun dövlət sərhədlərinin Polşa tərəfindən pozulduğunu söyləyib.