Azərbaycan Prezidenti İlham Əliyev Ümummilli lider Heydər Əliyevin anım günü ilə bağlı rəsmi “Ttvitter” səhifəsində paylaşım edib.Senzor.az bildirir ki, paylaşımda Ulu öndərin bu sözləri yer alıb: "Mənim üçün öz həyatımdan, öz canımdan artıq Azərbaycanın müstəqilliyini qorumaq, onu saxlamaq, onu əbədi etməkdir”.
Birinci vitse-prezidenti Mehriban Əliyeva isə Ulu öndər Heydər Əliyevin anım günü ilə əlaqədar rəsmi instaqram səhifəsində paylaşım edib. Məlumata görə, paylaşımda deyilir: "Qəlbimizdə əbədi yaşayan Böyük İnsan!"
Qeyd edək ki, bu gün müasir müstəqil Azərbaycan dövlətinin memarı və qurucusu, dünya şöhrətli siyasi xadim, xalqımızın ümummilli lideri Heydər Əliyevin vəfatından 18 il ötür.