
“Qafqazinfo” xəbər verir ki, Bakı Apellyasiya Məhkəməsində R.İsmayılbəylinin şikayətinə baxılıb. Məhkəmə şikayəti təmin edib.
Qeyd edək ki, İnzibati Xətalar Məcəlləsinin 211.1-ci maddəsi ilə təqsirli bilinən Rüstəm İsmayılbəyliyə 30 sutka həbs cəzası verilmişdi.
Aksiya zamanı saxlanılan digər 4 nəfərdən İlham Hüseyn 30 sutka, Elçin Teymurov 25 sutka, Elxan Əliyev 20 sutka, Səyyad Quliyev 15 sutka inzibati həbs cəzası almışdı.