Ermənistan prezident üsul-idarəsinə qayıdır – PAŞİNYAN FƏRMAN İMZALADI
Ermənistanın baş naziri Nikol Paşinyan cümə günü 2020-ci il fevralın 12-də yaradılmış konstitusiya islahatları üzrə peşəkar komissiyanın buraxılması və Konstitusiya İslahatları Şurasının yaradılması haqqında fərman imzalayıb. 
 
Senzor.az
yerli KİV-ə istinadən bildirir ki, son məqsəd Ermənistanda prezident üsul-idarəsinə qayıtmaqdır.
 
Şuraya ədliyyə naziri sədrlik edəcək, üzvlər isə razılığa əsasən Ermənistanın Avropa İnsan Hüquqları Məhkəməsindəki nümayəndəsi, parlamentin dövlət-hüquq məsələləri üzrə komissiyasının rəhbəri, hüquq müdafiəçisi, parlamentdəki fraksiyanın hər birindən bir deputat, Ali Məhkəmənin Hüquq Şurasından bir nəfər, parlamentə daxil olmayan partiyalardan və ölkədə qeydiyyatdan keçmiş ictimai təşkilatlardan 3 nümayəndə olacaq.
 
Ermənistan hakimiyyəti hesab edir ki, hazırkı Konstitusiyada çoxlu tələblər, tənzimlənməmiş və yarımçıq məsələlər var.
 
Maraqlıdır ki, prezident Armen Sarkisyan da Konstitusiyaya dəyişikliklərin tərəfdarıdır. O hesab edir ki, ölkə yenidən prezident idarəetmə formalı respublikaya çevrilməlidir.
 
Xatırladaq ki, 2015-ci ildə Konstitusiyaya dəyişikliklərin qəbulundan sonra Ermənistan prezident üsul-idarəsindən parlament idarəetmə formasına keçib.





Digər xəbərlər

Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
SenzoR.az – informasiya və araşdırma portalı
Təsisçi və baş redaktor: Rusvat Bayramov
Telefon: 050 322 43 84
Email: [email protected]
Bütün hüquqlar qorunur.
Materiallardan istifadə edərkən www.senzor.az saytına istinad etmək məcburidir.
Reklam yerləşdirmək üçün [email protected] ünvanına müraciət edə bilərsiniz.