“Bizim neft kəmərlərindən tutmuş, qaz kəmərlərinədək bütün enerji layihələrimiz regionda çox dostyana mühitdə tamamlanıb. Bu, birincisi. İkincisi, Rusiya bizim siyasətimizə, xarici siyasətimizə, enerji siyasətimizə tam hörmət edir. Biz rəqib deyilik”.
Senzor.az bildirir ki, bunu Azərbaycan Prezidenti İlham Əliyev Brüsseldə işgüzar səfərdə olarkən dekabrın 15-də İtaliyanın “İl Sole 24 Ore” qəzetinə müsahibəsində müxbirin “Siz hasilatı, Avropaya ixracı artıracaqsınız. Siz Rusiyanın reaksiyasından qorxmursunuz? Çünki Rusiya Sizin çox mühüm iqtisadi tərəfdaşınızdır, həmçinin regionda nəhəng gücdür. Sizdən xeyli çox qaz ixrac etməsi faktdır. Lakin bu, rəmzi addım ola bilər. Siz Rusiyanın reaksiyasından qorxmursunuz...” sualını cavablandırarkən deyib.
“Dəfələrlə qeyd etdiyim kimi, bu məsələlər bəzən süni şəkildə şişirdilir. Biz heç bir halda Rusiyanın rəqibi deyilik. Çünki Rusiya Avropanı yüz milyardlarla kubmetr qazla təchiz edir və Rusiya qazına tələbat artır. Azərbaycan yeni başlayıb və qeyd etdiyim kimi, bizim Avropaya təchizatımız 2023-cü ildə 11 milyard kubmetr olacaq və əgər yeni müqavilələrimiz olmasa, yeni hasilata investisiya yatırmasaq, bu, belə qala bilər. Ona görə də, bu, heç bir halda bizim Rusiya ilə çox müsbət və yaxşı balanslaşdırılmış münasibətlərimizdə mənfi rol oynaya bilməz”, - deyə Prezident vurğulayıb.