Kiyev Əfqanıstanda Ukrayna təyyarəsinin qaçırılması xəbərini təkzib etdi YENİLƏNİB

Əfqanıstanın paytaxtı Kabildə Ukraynaya məxsus təyyarənin naməlum şəxslər tərəfindən qaçırılması barədə xəbərlər həqiqətə uyğun deyil.
 
APA-nın məlumatına görə, bu açıqlama ilə Ukrayna Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Oleq Nikolenko çıxış edib.
“Kabildə, yaxud hansısa başqa yerdə Ukrayna təyyarəsi ələ qaçırılmayıb. Ukrayna təyyarəsinin ələ keçirilməsi barədə bəzi KİV-in yaydığı xəbərlər əsassızdır”, - deyə O. Nikolenko “RBK-Ukrayna” agentliyinə vəziyyəti şərh edərkən bildirib.
 
Onun sözlərinə görə, Kiyevin Əfqanıstandan təxliyə üçün cəlb etdiyi bütün təyyarələr geri qayıdıb. İndiyədək üç reyslə Kabildən 256 nəfər təxliyə olunub.

**11:16

Əfqanıstanda Ukrayna təyyarəsi naməlum qrup tərəfindən qaçırılıb.

 
“RİA Novosti” bildirir ki, bu barədə Ukrayna XİN-dən məlumat verilib.
 
Məlumata görə, Ukrayna vətəndaşlarının təxliyəsi üçün Əfqanıstanda olan təyyarə naməlum şəxslər tərəfindən qaçırılıb.
 
“Təyyarə naməlum sərnişinlərlə İran istiqamətində uçub”, - məlumatda qeyd edilib.
 
Keçən həftənin ikinci günü baş vermiş hadisənin necə sonunclandığı barədə məlumat verilməyib.





Digər xəbərlər

Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
SenzoR.az – informasiya və araşdırma portalı
Təsisçi və baş redaktor: Rusvat Bayramov
Telefon: 050 322 43 84
Email: [email protected]
Bütün hüquqlar qorunur.
Materiallardan istifadə edərkən www.senzor.az saytına istinad etmək məcburidir.
Reklam yerləşdirmək üçün [email protected] ünvanına müraciət edə bilərsiniz.