İran regionda gedən müsbət dinamikadan faydalanmaq istəyir – XİN RƏHBƏRİNİN AZƏRBAYCANA GÖZLƏNİLƏN SƏFƏRİNƏ ŞƏRH ƏVƏZİ
İran mediasının yaydığı məlumata görə,  İranın xarici işlər naziri Hüseyn Əmir Abdullahian Xarici İşlər Naziri Ceyhun Bayramovun dəvəti ilə bu gün Azərbaycana səfərə gəlir.
 
Politoloq Samir Hümbətov senzor.az-a açıqlamasında bildirib ki, İran və Azərbaycan arasında mövcud olmuş məlum gərginlikdən sonra İran XİN başçısının Bakıya səfəri və bu səfər çərçivəsində keçirəcəyi görüşlərdə ikitərəfli əlaqələrin inkişafı və regional əməkdaşlığın perspektivlərinin müzakirə olunacağı ilə bağlı müsbət siqnallar verilməkdədir: “Hətta İran XİN başçısı Abdullahian İranın IRIB telekanalına müsahibəsində də İran-Azərbaycan əlaqələrinə toxunaraq qeyd edib ki, o, səfər zamanı Azərbaycan Prezidenti cənab İlham Əliyev, xarici işlər naziri Ceyhun Bayramov və başqa rəsmi şəxslərlə görüşəcək. Abdullahian daha sonra əlavə edib ki, “Tehran-Bakı əlaqələri son aylarda iki ölkə münasibətlərində yaranan bəzi anlaşılmazlıqlara baxmayaraq, yaxşı, sabit və inkişafa meyllidir. Ötən iki ayda Azərbaycan Respublikasının bəzi yüksək vəzifəli rəsmilərinin Tehrana gediş-gəlişlərinin şahidi olduq. Bu ay iki ölkənin prezidentləri İlham Əliyev vəİbrahim Rəisi İqtisadi Əməkdaşlıq Təşkilatının (EKO) Aşqabatda keçirilən sammiti çərçivəsində görüşüblər. Görüş müsbət və konstruktiv oldu”.  İran XİN başçısının bu cür mesaj verməsi ondan xəbər verir ki, İran tərəfi də mövcud reallıqları qəbul edərək Azərbaycanla münasibətləri mümkün qədər şəffaf aparılmasına meyl göstərməkdədir”. 
Politoloqun fikrincə, burada diqqəti çəkən digər önəmli məqamlardan biri də İran XİN başçısının tərəflər arasında mövcud olmuş bəzi gərginliklərə baxmayaraq keçən iki ayda Azərbaycan Respublikasının bəzi yüksək vəzifəli rəsmilərinin Tehrana səfərinin baş tutmasını qeyd etməsidir: “Eyni zamanda İqtisadi Əməkdaşlıq Təşkilatının (İƏT) Türkmənistanın Aşqabad şəhərində keçrilən sammiti çərçivəsində iki ölkə prezidentləri - İlham Əliyev və İbrahim Rəisi arasında görüşün baş tutmasını da münasibətlərin normallaşdırılması üçün müsbət siqnal hesab etməsidir.
 
Görünən odur ki, Azərbaycan və Ermənistan arasında son günlər yaşanan müsbət tendensiyalar və regionda kommunikasiyaların açılması ilə bağlı verilən müsbət mesajlar digər ölkələr kimi İranı da reallıqla barışmağa və regionda gedən iqtisadi və ticari proseslərə qoşulmağa vadar edir. 10 dekabr 2021-ci ildə 3+3 formatının Moskvada baş tutan ilk iclası da regionun müsbət mənada inkişafa meylli olmasını göstərir”.
 
S.Hümbətov hesab edir ki, İran da regionda gedən bu müsbət dinamikadan faydalanmaq və uzun illər sanksiyalara görə əziyyət çəkən iqtisadiyyatını dirçəltməyə çalışır: “Bunun üçün də ən yaxşı vasitə Azərbaycan və Türkiyə ilə münasibətləri normallaşdırmaqdan ibarətdir”.





Digər xəbərlər

Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
SenzoR.az – informasiya və araşdırma portalı
Təsisçi və baş redaktor: Rusvat Bayramov
Telefon: 050 322 43 84
Email: [email protected]
Bütün hüquqlar qorunur.
Materiallardan istifadə edərkən www.senzor.az saytına istinad etmək məcburidir.
Reklam yerləşdirmək üçün [email protected] ünvanına müraciət edə bilərsiniz.