ABŞ hərbçisi təbrik zamanı ölkə Prezidenti Co Baydeni təhqir edib, lakin dövlət başçısı bunu hiss etməyib.
“The New York Post” nəşrinin yazdığına görə, hadisə Şimali Amerika Aerokosmik Müdafiə Komandanlığının üzvü ilə ənənəvi telefon danışığı zamanı baş verib.
Söhbətin sonunda xəttin o biri ucundakı həmsöhbət Bayden və xanımını qarşıdan gələn bayram münasibətilə ABŞ liderini tənqid edənlərin sevimli şüarından istifadə ilə təbrik edib.
“Milad bayramınız mübarək və irəli, Brendon”, - o deyib və bundan sonra Ağ Ev rəhbərinin özü də “İrəli, Brendon” ifadəsini təkrarlayıb.
Bu şüar Alabamada oktyabr ayında keçirilən NASCAR yarışlarından sonra meydana gəlib. Qalib Brandon Broun NBC Sports müxbirinə müsahibə verərkən, izdiham onun arxasında şüarlar səsləndirib. Jurnalist güman edirdi ki, onlar iştirakçıya dəstək olaraq “İrəli, Brandon” qışqırırlar, amma əslində bu, “Rədd ol, Bayden” idi. O vaxtdan bu ifadə ABŞ Prezidentinə ünvanlanan təhqirin senzura variantı kimi istifadə olunur.