“Sirr deyil ki, bir neçə ay bundan öncə İranla Azərbaycan arasındakı münasibətlərdə bəlli gərginlik yaşanıb. Yaxşı xəbər ondan ibarətdir ki, bu gərginlik qısa çəkib. Arada bəlli bir anlaşılmazlıq olub. Həmkarımla görüş zamanı bu anlaşılmazlığın aradan qaldırılması, münasibətin inkişafı təmin olunub”.
Senzor.az bildirir ki, bunu Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov XİN-in 2021-ci il üzrə hesabatının təqdimatında söyləyib.
“Bu mənada, Aşqabadda İqtisadi Əməkdaşlıq Təşkilatının sammiti çərçivəsində Azərbaycan Prezidenti ilə İran Prezidenti arasında olan görüşün xüsusi əhəmiyyətini vurğulamaq istəyərdim. Çox səmimi, açıq iki dost dövlətin prezidentlərinin geniş spektrli görüşü keçirilib”, - nazir bildirib.
Bu arada Tehranda da analoji qənaət səsləndirilib ki, iki ölkə arasında anlaşılmazlıqlar geridə qalıb.
İran Xarici İşlər Nazirliyinin sözçüsü Səid Xətibzadə deyib ki, "İranın xarici işlər naziri Hüseyn Əmir Abdullahianın ötən həftə Azərbaycana baş tutmuş səfəri iki ölkənin əlaqələrinin inkişafı baxımından səmərəli olub".
O bildirib ki, bu, son bir neçə il ərzində iki ölkənin əlaqələrinin inkişafı çərçivəsində baş tutan ən yaxşı səfərlərdən biri idi: “Bu səfərin baş tutması üçün hazırlıq Azərbaycan Baş nazirinin müavinin Tehrana səfərindən sonra başlanıldı. Yenidənqurma sahəsində və əlaqələrin inkişafında sıçrayış etmək üçün çox yaxşı razılıqlar əldə olundu”.
XİN sözçüsü əlavə edib ki, iki ölkə arasında yaranmış anlaşılmazlıqlar artıq geridə qalıb.