Dövlət Gömrük Komitəsinin (DGK) müvafiq qurumları tərəfindən istifadəyə yararsız, mənşəyi bilinməyən, həmçinin dövriyyəsi məhdudlaşdırılan və qadağan olunan malların məhvetmə prosesi həyata keçirilib.
Məhv edilən mallar arasında Ermənistan istehsalı olan istifadəyə yararsız 37 ədəd suvenirlər, 32 qutu siqaret və 51,70 litr müxtəlif spirtli içkilər də olub.
Maraqlıdır, Ermənistan malları ölkəyə hansı yollarla gətirilir?
DGK-nın Mətbuat və ictimaiyyətlə əlaqələr İdarəsinin rəisi Natiq Axundov modern.az-a məsələ ilə bağlı açıqlama verib.
Onun sözlərinə görə, məhv edilmiş məhsullar şəxsi istifadə məqsədi ilə ölkəyə gətirilir: “Məhv edilmiş Ermənistan istehsalı olan məhsullar müxtəlif vaxtlarda qeyri-rezidentlər tərəfindən şəxsi istifadə məqsədilə gətirilərkən saxlanılan məhsullardır”.
Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin üzvü Vahid Əhmədov isə bildirib ki, Ermənistan məhsulları ölkəmizə başqa ölkədən tranzit vasitəsilə də gətirilə bilər: “Ermənistanla Azərbaycan arasında heç bir əlaqə olmadığı kimi ticarət əlaqəsi də yoxdur. Bu səbəbdən ölkəyə Ermənistan məhsullarının gətirilməsi qadağandır. Əgər belə bir hal baş verirsə, bu yalnız qaçaqmalçılıq yolu ilə edilir. Digər tərəfdən ola bilər ki, başqa dövlətlərdən tranzit vasitəsi ilə gətirilsin.
Heç bir siyasi, iqtisadi əlaqə olmadığı üçün Ermənistan malları Azərbaycanda olmamalıdır. Ağıllı ticarətçi bunu heç zaman etməz. Bu malları gətirən Azərbaycan vətəndaşıdısa, başa düşməlidir ki, hələ danışıqlar gedir. Danışıqların sonunun nə ilə nəticələnəcəyi bəlli deyil”.