ABŞ-ın Azərbaycandakı səfirliyi Azərbaycanın 5 erməni hərbçini qarşı tərəfə təhvil verməsini alqışlayıb.
Senzor.az bildirir ki, bu barədə səfirliyin"Ttvitter" səhifəsində paylaşım edilib.
“Biz Azərbaycanın 2021-ci il noyabr ayının 16-da saxlanılan beş erməni hərbçini dekabrın 29-da geri qaytarmasını alqışlayırıq”, - paylaşımda qeyd olunub.
Xatırladaq ki, Azərbaycan humanizm prinsiplərini rəhbər tutaraq dekabrın 29-da Macarıstan vasitəçiliyi ilə 5 erməniəsilli şəxsi Ermənistan tərəfinə təhvil verib. Həmin şəxslər 2021-ci ilin 16 noyabr tarixində Ermənistan silahlı qüvvələri tərəfindən dövlət sərhədinin Kəlbəcər istiqamətində törədilən təxribatın qarşısı alınarkən saxlanılan erməniəsilli hərbi qulluqçulardır.