COVID-19-a yoluxmayan insanlar xəstəliyə tutulanlara nisbətən daha çox spirt içməyə meyllidirlər.
Trend bildirir ki, bunu Pittsburq Universitetinin (ABŞ) alimləri apardıqları tədqiqatın nəticəsinə əsasən bəyan ediblər.
Alimlər yaşlı vətəndaşlar arasında COVID-19-a yoluxma hallarına təsir edə biləcək amilləri nəzərdən keçiriblər. Söhbət keçilimiş və hazırda mövcud olan psixi problemlərdən, eləcə də somatik xəstəliklərin olmasından və spirt istehlakından gedir. Tədqiqatda 55-103 yaş arası cəmi 90 könüllü iştirak edib.
Koronavirusun təsirinə məruz qalan, lakin ona yoluxmayan tədqiqat iştirakçıları gündə orta hesabla bir qədəh tünd içki içməyə meylli olublar, yoluxanlar isə, demək olar ki, içki içməyənlərdir.
Eyni zamanda, alimlər əlavə ediblər ki, keçmişdə alkoqoldan istifadə ilə bağlı pozuntunun olması COVID-19-a yoluxma riskini artırmır.