BMT BA-nın Prezidenti Azərbaycan səfirinə təşəkkür etdi
PEYVƏND BƏRABƏRLİYİ QƏTNAMƏSİNİ DƏSTƏKLƏDİYİNƏ GÖRƏ
Birləşmiş Millətlər Təşkilatı (BMT) Baş Assambleyasının (BA)Prezidenti Abdulla Şahid Azərbaycanın bu təşkilatdakı daimi nümayəndəsi Yaşar Əliyevə peyvənd bərabərliyi qətnaməsinə verdiyi dəstəyə görə təşəkkür edib.
 
Senzor.az bildirir ki, bu barədə BMT Baş Assambleyası Prezidentinin “Tvitter”dəki hesabında qeyd edilib.
 
"Səfir Yaşar Əliyev, peyvənd bərabərliyinə verdiyiniz dəstəyə görə təşəkkür edirəm", - BMT Baş Assambleyası Prezidentinin hesabında bildirilib.
 
Qeyd edək ki, Azərbaycan BMT Baş Assambleyasının peyvənd bərabərliyi ilə bağlı qətnaməsini dəstəkləyib. Daimi Nümayəndəlikdən bildirilib ki, Azərbaycan BMT Baş Assambleyasının Peyvənd Bərabərliyi ilə bağlı Yeni il qətnaməsini dəstəkləməkdən qürur duyur və Qoşulmama Hərəkatının Sədri kimi dünyanın hər yerində hər bir insan üçün təhlükəsiz, effektiv və əlçatan peyvənd təmin etmək üçün qlobal səylərdə liderlik rolunu davam etdirəcək.
 
“BMT Baş Assambleyasının 76-cı prezidentinin Yeni il qətnaməsinə qoşuluram. Mən peyvənd bərabərliyini dəstəkləyirəm”, - Azərbaycanın BMT-dəki daimi nümayəndəsi Yaşar Əliyevin adından qeyd edilən bəyanatda vurğulanıb.
 





Digər xəbərlər

Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
SenzoR.az – informasiya və araşdırma portalı
Təsisçi və baş redaktor: Rusvat Bayramov
Telefon: 050 322 43 84
Email: [email protected]
Bütün hüquqlar qorunur.
Materiallardan istifadə edərkən www.senzor.az saytına istinad etmək məcburidir.
Reklam yerləşdirmək üçün [email protected] ünvanına müraciət edə bilərsiniz.