OPEK-in yeni baş katibi o olacaq – KÜVEYTLİ HAYSAM əl-QAYS
BU İLİN AVQUSTUNDAN
OPEK ölkələrinin nazirləri xüsusi videokonfrans vasitəsi ilə Küveytdən olan Haysam əl-Qaysı təşkilatın baş katibi vəzifəsinə seçiblər.
 
Senzor.az bildirir ki, OPEK-in yaydığı press-relizdə belə deyilir.
 
Əl-Qays 2016-cı ildən bu vəzifədə çalışan nigeriyalı Məhəmməd Barkindonu əvəz edəcək. Məhəmməd Barkindonun səlahiyyət müddəti 2022-ci ilin iyulunda başa çatır.
 
Qeyd edək ki, əl-Qays 2017-2021-ci illərdə Küveytin OPEK-dəki nümayəndə heyətinə rəhbərlik edib. Siyahıda namizəd kimi yalnız onun adı olub.
 
Haysam əl-Qays neft şirkətlərində, eləcə də Küveyt Xarici İşlər Nazirliyində təcrübəyə malikdir. O, 1990-cı ildə Kaliforniyanın San-Fransisko Universitetinin siyasi elmlər fakültəsini bitirib. Ərəb, ingilis, alman, portuqal, ispan, fransız daxil olmaqla, altı dildə sərbəst danışır, həmçinin Çin dilini bilir.
 
OPEK-in nizamnaməsinə görə, baş katib üç il müddətinə seçilir və yalnız bir dəfə yenidən seçilə bilər.
 
Ümumilikdə, Barkindonu nəzərə almasaq, 1961-ci ildən OPEK-in işinə nəzarət edən 22 baş katib və beş konfrans prezidenti olub. 2007-2013-cü illərdə baş katib postunu tutan, sonra isə OPEK-in yeni baş katibi seçilə bilmədiyi üçün səlahiyyətləri 2016-cı ilin iyul ayına qədər uzadılan Liviya nümayəndəsi Abdulla Salem əl-Bədri bu vəzifədə ən uzun müddət qalan rəhbər olub.





Digər xəbərlər

Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
SenzoR.az – informasiya və araşdırma portalı
Təsisçi və baş redaktor: Rusvat Bayramov
Telefon: 050 322 43 84
Email: [email protected]
Bütün hüquqlar qorunur.
Materiallardan istifadə edərkən www.senzor.az saytına istinad etmək məcburidir.
Reklam yerləşdirmək üçün [email protected] ünvanına müraciət edə bilərsiniz.