ABŞ Prezidenti Co Bayden Donald Trampın noyabrda keçiriləcək prezident seçkilərində uduzacağı təqdirdə hakimiyyətin dinc yolla dəyişəcəyinə inanmadığını bildirib.
Bu barədə Bayden “CBS Nyus”a verdiyi müsahibədə deyib.
Bayden bildirib ki, Tramp uduzsa, ciddi mübarizə aparacaq: “O, dediyini tam olaraq nəzərdə tutur. Biz onu ciddi qəbul etmirik. Lakin o, uduzduğu təqdirdə qanlı qarşıdurma haqqında sözlərində ciddidir”.
Bayden həmçinin xəbərdarlıq edib ki, Tramp 2020-ci ildə olduğu kimi, noyabrda da seçki nəticələrinə yenidən etiraz etməyə hazırlaşır.