
Senzor.az bildirir ki, “Altay” Sosial-Araşdırmalar Mərkəzinin rəhbəri, ekspert Elçin Bayramlının Facebook-da paylaşdığı statusunda belə deyilir.
Sosioloqun sözlərinə görə, yerli istehsalçılar sıradan çıxıb, onların yerini idxal monopolistləri tutub: “Bazarlar alverçi mafiyası tərəfindən işğal edildiyindən, kəndlilərə öz məhsullarını küçədə satmağa polis tərəfindən imkan verilmədiyindən onlar məhsul əkib becərməkdə, heyvan və quş saxlamaqda maraqlı deyillər. Faktiki olaraq məhsul əkib becərənlər zərərə düşür və bu işdən əl çəkirlər. Nəticədə öz təbii və faydalı yerli nemətlərimiz əvəzinə xaricdən ən ucuz qiymətə alınıb burada ən baha qiymətə satılan zərərli GMO məhsulların ümidinə qalmışıq. Əhali qida əvəzinə qidaya bənzədilmiş naməlum mənşəli təhlükəli məhsullarla qidalanır. Bu səbəbdən xəstəliklər artır, apteklər və xəstəxanalarda daimi növbədir. Milli genefondumuz sıradan çıxır”.


Qonşu işığına ümid olan şamsız qalar. Qaranlıq çökəndə heç kim öz şamını bizə verməyəcək. Öz şamımızı düzəltməyin vaxtıdır”.
Senzor.az