Azərbaycanda daha bir dərmandan istifadə qadağan edildi -
SƏBƏB?
Azərbaycanda daha bir dərmanın istifadəsi qadağan edilib.
 
Senzor.az bildirir ki, bu barədə Səhiyyə Nazirliyinin Analitik Ekspertiza Mərkəzindən məlumat verilib.
 
Qeyd olunur ki, “Sanofi” şirkəti tərəfindən hal-hazırda davam edən tədqiqatlara əsasən “Lozap®” ticari adlı losartan potassium - 50 mg tərkibli örtüklü tabletlər №30 (3x10) blisterdə, karton qutu qablaşdırmada, 2660720 seriyalı, son istifadə tarixi 1/6/2022 olan və 2130221 seriyalı, son istifadə tarixi 1/1/2023 olan dərman vasitələrinin tərkibində azid qatışıqlarının yol verilən gündəlik maksimum limitdən çox olması ehtimal edilir.
 
Bu ehtimalı nəzərə alaraq, 2660720 seriya ilə buraxılmış son istifadə tarixi 1/6/2022 olan və 2130221 seriya ilə buraxılmış son istifadə tarixi 1/1/2023 olan “Lozap®” ticari adlı dərman vasitələrinin geri çağırılması barədə qərar qəbul olunub və ölkəyə idxalı, ölkədə topdan və pərakəndə satışı dayandırılıb.
 
Xatırladaq ki, bundan öncə 028361 seriya ilə buraxılmış, son istifadə tarixi 05.2023 olan “Fosfalyugel” ticarət adlı aluminium phosphate gel 20 %, daxilə qəbul edilən gel 16 q №20 paketlərdə (saşe) dərman vasitəsinin geri çağırılması barədə qərar verilmişdi.





Digər xəbərlər

Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
SenzoR.az – informasiya və araşdırma portalı
Təsisçi və baş redaktor: Rusvat Bayramov
Telefon: 050 322 43 84
Email: [email protected]
Bütün hüquqlar qorunur.
Materiallardan istifadə edərkən www.senzor.az saytına istinad etmək məcburidir.
Reklam yerləşdirmək üçün [email protected] ünvanına müraciət edə bilərsiniz.