Türkiyənin Xarici İşlər Nazirliyi (XİN) Qazaxıstandakı etiraz aksiyalarına münasibət bildirib.
Senzor.az-ın yerli KİV-ə istinadən məlumatına görə, bildirilib ki, Türkiyə XİN Qazaxıstanda yanvarın 2-3-də başlayan və bu səhər hökumətin istefası ilə nəticələnən etiraz aksiyalarını yaxından izləyir.
“Dost Qazaxıstanın sabitliyinə önəm veririk. Arzumuz qardaş qazax xalqının sülh və əmin-amanlığıdır. Qazaxıstan hakimiyyətinin bu böhranın öhdəsindən gələcəyinə inanırıq. Qazaxıstan xalqının sağlam düşüncəsinə güvənir və olayların ən qısa müddətdə sakitləşəcəyinə ümid edirik. Hadisələrdə hüquq-mühafizə orqanları əməkdaşları daxil olmaqla yaralanan qazax qardaşlarımıza şəfa diləyirik”, - məlumatda qeyd olunub.
Bundan əvvəl Qazaxıstanda baş verənlərə Rusiya Xarici İşlər Nazirliyi də münasibət bildirib.
“Biz Qazaxıstanda vəziyyətin inkişafını diqqətlə izləyirik. Xəsarət alan Rusiya vətəndaşları barədə məlumat yoxdur”, - deyə nazirlikdən qeyd ediblər.