Rusiyadan nüvə xəbərdarlığı: "Qərbə dağıdıcı silahla cavab verəcəyik!"

Rusiya Dövlət Dumasının rəhbəri Vyaçeslav Volodin diqqət çəkən açıqlamalar verib.

 

O deyib ki, Ukrayna Prezidenti Volodimir Zelenski Qərbi münaqişəyə sürükləyir. Bu addım isə ona gətirib çıxaracaq ki, Rusiya daha güclü silahlardan istifadəyə məcbur olacaq.

 

"Vaşinqton və Avropa dövlətləri Ukraynadakı müharibənin iştirakçılarına çevrilirlər. Zelenski ABŞ, Almaniya, Fransa və İngiltərəyə uzaqmənzilli silahlar, raketlər və digər avadanlıqların tədarükü tələbi ilə müraciət edir. Kiyev rəhbəri onlarla Rusiya ərazisinə zərbələrin endirilməsi məsələlərini müzakirə etməklə bu ölkələri birbaşa döyüş iştirakçılarına çevirir",- Dumanın spikeri qeyd edib.

 

Volodin Qərbə xəbərdarlıq edərək bildirib ki, Zelenskinin məlum fəaliyyəti ona gətirib çıxaracaq ki, Rusiya öz vətəndaşlarını qorumaq üçün daha dağıdıcı silahlardan istifadə etmək məcburiyyətində qalacaq: “Ukrayna əhalisi Zelenskinin vecinə deyil. O, xalqının təhlükəsizliyini düşünmür. Öz valideynlərini uzun müddətdir ki, İsrailə aparıb. Ukraynada onun üçün ən vacib şey hakimiyyətdə qalmaqdır. Lakin Zelenskidə bu çətin ki, alınsın".

 

Qeyd edək ki, Ukrayna mediası Volodinin dağıdıcı silah deyərkən nüvə bombasını nəzərdə tutduğunu yazıb.

 

Azvision.az xatırladır ki, Rusiya ilə Ukrayna arasındakı genişmiqyaslı müharibə 2022-ci ilin fevralın 24-də başlayıb. Moskva işğal zamanı qoşunları Kiyevə qədər apara bilsə də, sonradan müharibədə üstünlük nisbətən Ukraynanın tərəfinə keçib. Son aylarda Rusiya yenidən döyüş meydanındakı vəziyyəti öz xeyrinə dəyişib. Amma Ukrayna qoşunlarının ilk dəfə olaraq Rusiya ərazisinə girib Kurskda xeyli ərazini zəbt etməsi müharibədə dönüş nöqtəsinə çevrilib.






Digər xəbərlər

Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
SenzoR.az – informasiya və araşdırma portalı
Təsisçi və baş redaktor: Rusvat Bayramov
Telefon: 050 322 43 84
Email: [email protected]
Bütün hüquqlar qorunur.
Materiallardan istifadə edərkən www.senzor.az saytına istinad etmək məcburidir.
Reklam yerləşdirmək üçün [email protected] ünvanına müraciət edə bilərsiniz.