Qırğızıstan hakimiyyəti Bişkekdəki Qazaxıstan səfirliyinə etiraz notası göndərib.
Bu barədə "Sputnik Qırğızıstan" məlumat yayıb.
Notaya səbəb məşhur qırğız musiqiçi Vikram Ruzaxunovun bu ölkənin hakimiyyət orqanları tərəfindən saxlanmasıdır.
Buna etiraz olaraq Bişkek sakinləri Qazaxıstan səfirliyi qarşısında aksiya keçiriblər. Onlar Qazaxıstan hakimiyyətindən qırğız musiqıçinin azadlığa buraxılmasını tələb ediblər.
Mitinqdə Milli Təhlükəsizlik Komitəsinin rəhbəri Kamçıbek Taşiyev iştirak edib.
Ruzaxunovun saxlanmasına Qırğızıstan Daxili İşlər Nazirliyi də münasibət bildirib. Nazirlik musiqiçinin tez-tez Almatıya qastrol səfərinə getdiyini və Yeni il ərəfəsində bu şəhərə dəvət olunduğunu bildirib. Ruzaxunov dekabrın 16-da bilet alıb və yanvarın 2-də saat 20:00-da yola düşüb.