İran qonşu ölkələrlə, o cümlədən Azərbaycanla quru sərhədlərini yenidən açıb.
Senzor.az yerli KİV-ə istinadən bildirir ki, bu barədə İranın daxili işlər naziri Əhməd Vahidi məlumat verib.
Onun sözlərinə görə, koronavirusun "Omikron" ştamına görə 15 gün əvvəl bağlanan sərhədlər yenidən açılıb və qonşu ölkələrin vətəndaşları İrana gediş-gəliş edə bilərlər.
Nazir əlavə edib ki, İrana səfər üçün qonşu ölkələrin vətəndaşları PCR testi verməlidirlər.
Vəhidi onu da bildirib ki, koronavirusun nəzarətə götürüldüyü bəzi ölkələrdən də hava nəqliyyatı ilə İrana səfər məhdudiyyəti aradan qaldırılıb. Lakin bəzi Avropa ölkələri, o cümlədən Britaniya və Fransadan İrana hava nəqliyyatı ilə səfər hələlik qadağandır.
Qeyd edək ki, İran 2021- ci il dekbarın 25-dən koronavirusun "Omikron" ştamının yayılması səbəbilə sərhədləri bağlamışdı.