Yaxın 6-8 həftə ərzində Avropa əhalisinin 50 faizi koronavirusun “omikron” ştamına yoluxacaq.
Senzor.az bildirir ki, bunu Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) Avropa regional bürosunun rəhbəri Hans Klüge deyib.
O bildirib ki, regionun 53 ölkəsindən 50-də "omikron" ştamı qeydə alınıb: “Bu ilin birinci həftəsində regionda 7 milyon yeni yoluxma qeydə alınıb. Bu, əvvəlki həftə ilə müqayisədə iki dəfə çoxdur. Qərbi Avropada və Balkanlarda bu ştam dominant olmağa başlayıb. Bu tempdə davam edəcəyi təqdirdə 6-8 həftə ərzində Avropa əhalisinin 50 faizi “omikron” ştamına yoluxacaq”.
Onun sözlərinə görə, "omikron" yüksək ötürücülüyə malikdir, çünki mutasiyalar sayəsində insan hüceyrələrinə daha asan yapışa bilir. O həm peyvənd olunmuş, həm də xəstəlikdən sağalmış insanları yoluxdura bilir.